"Kürdəmir rayonunda quru otluq sahədəki yanğın söndürülüb".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, alov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Samir Əli
"Kürdəmir rayonunda açıq ərazidə quru otluq sahə yanır".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Kürdəmir rayonunda yaşıllıq olan ərazidə yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Geniş ərazini əhatə edən yanğın nəticəsində sıx qara tüstünün havaya qalxdığı görünür. İlkin məlumata görə, hadisə meşəlik sahədə qeydə alınıb və ağaclar yanır.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.