Lənkəran rayonunun Gəgiran kəndində bir qrup bilici tərəfindən kənd məktəbliləri üçün intellektual yarış keçirilib.
Oxu.Az xəbər verir ki, uşaqlar və yeniyetmələr arasında intellektual oyunlara marağın artırılması və onların inkişafı üçün nəzərdə tutulan yarışmaya əlliyə yaxın şagird qatılıb.
Yarışa Gəgiran və ətraf kəndlərin orta məktəblərinin şagirdləri böyük maraq göstərib.
8 komanda birincilik uğrunda mübarizə aparıb.
Sonda intellektual yarışın qalibi olan komandaların iştirakçılarına diplomlar, medallar, kitablar və digər hədiyyələr təqdim edilib.