"Bakıda ötən gün əsən güclü küləyin aşırdığı işıqfor dirəyi ərazidən götürülüb".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilib:
"Ərazidə yeni işıqforun quraşdırılması üçün işlərə başlanılıb".

Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Mətbuat Xidmətindən bildirilib ki, sözügedən ərazidə güclü külək nəticəsində aşan yol nişanları artıq bərpa edilib.

"Qeyri-sabit hava şəraiti səbəbindən zədələnən və sıradan çıxan yol nişanlarının bərpası istiqamətində addımlar atılır. Belə halla qarşılaşan vətəndaşlar AYNA-ya müraciət edə bilərlər", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova