Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Masallıda ağır qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB
Fevralın 1-i saat 21:20-də yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (1 qadın cinsli, 1 kişi cinsli, 1 azyaşlı olmaqla) Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Oxu.Az-a TƏBİB-dən bildirilib.
Qeyd edilir ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
1977-ci il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti orta ağır qiymətləndirilir, müalicəsi Masallı Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
1986-cı il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti ağır qiymətləndirilir. Boyun fəqərələrinin və almacıq sümüyünün sınığı, subaraxnoidal qansızma diaqnozları təyin edilən şəxsin Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyəsi planlaşdırılır.
2018-ci il təvəllüdlü azyaşlının isə vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
1 nəfərin hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.
Masallıda minik və yük avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Masallı rayonunun Sərçuvar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1953-cü il təvəllüdlü Rəsul Ələkrəm oğlu Kərimovun idarə etdiyi nəqliyyat vasitəsi, eyni istiqamətdə hərəkətdə olan ağırtonnajlı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər - Sütəmurdov kənd sakinləri; 1977-ci il təvəllüdlü Ramin Rəsul oğlu Kərimov, 1986-cı il təvəllüdlü Seyda Etibar qızı Kərimova və 2018-ci il təvəllüdlü Y.Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Sürücü R.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, qəzanın baş verməsinə səbəb qatı dumanlı hava şəraiti olub.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Lökbatanda QƏZA: VAZ-2107 sərnişin avtobusuna ÇIRPILDI
- Tərtərdə ölümlə nəticələnən AĞIR QƏZA: Xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANDI
- Qubada vəzifəli şəxs müəlliməni xəstəxanalıq etdi - Son vəziyyəti AÇIQLANDI
- Naxçıvanda AĞIR QƏZA - Taksi sürücüsü öldü
- Gələn ay toyu olacaqdı - Faciəli şəkildə ölən gəncin FOTOLARI