Xəzər rayonunun Mərdəkan qəsəbəsində sakinləri narahat edən antisanitar vəziyyət aradan qaldırılıb.
Oxu.Az-ın məlumatına görə, polisin müşayiəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən antisanitar vəziyyət nəzarətə götürülüb və problem həllini tapıb.
Xatırladaq ki, Xəzər rayonunun Mərdəkan qəsəbəsində sakinlər məişət tullantılarının qanunsuz şəkildə boş əraziyə atılmasından narazı idilər. Onlar Maarif Musayev küçəsində yerləşən sahənin illərdir zibilliyə çevrildiyini, xüsusilə isti havalarda yaranan üfunət qoxusunun və həşəratların çoxalmasının narahatlıq yaratdığını bildirirdilər.