Naxçıvan şəhərində 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş başlayıb.
Oxu.Az xəbər verir ki, yürüşdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin kursantları iştirak edirlər.
Şəhərin Dilqəm Pişəvəri küçəsindən başlayan yürüşün Zəfər parkında başa çatması nəzərdə tutulub.

Anar Tağıyev
Qaynar xətt:
(055) 224 12 12