Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazir: "Bakıda müalicəsi davam edən yaralıların vəziyyətləri qənaətbəxşdir"
"AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində xəsarət alan və ötən gün Bakıya gətirilən yaralıların ilkin müayinələri aparılıb, vəziyyətləri qənaətbəxşdir".
Oxu.Az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev "Yeni Klinika"da müalicəsi davam edən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə Qazaxıstanda müalicəsi davam edən 3 nəfərin vəziyyəti orta ağırdır:
"Həmin şəxslərin müalicəsi daim nəzarət altındadır. Bakıdan oraya həkim və tibb bacısı qrupu göndəriləcək".
Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub
- Primakovun Baku TV-yə qarşı təhdidlərinin arxasında nə dayanır?
- MEDİA: "XİN-in adından yayılan feyk məlumat ölkəmizə qarşı dezinformasiya kampaniyasıdır"
- AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı saxta MƏLUMAT YAYILDI
- AZAL təyyarəsinin qəzasında yaralananların son durumu AÇIQLANDI
Rəylər