Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Parlament yetkinlik yaşına çatmayanların işləri ilə bağlı əsasnaməyə dəyişikliyi qəbul edib
Milli Məclis Azərbaycanda fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adlarında dəyişiklik edilməsini üçüncü - son oxunuşda təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə və "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, komissiyaların "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar" şəklində adlandırılması nəzərdə tutulur.
Eyni zamanda uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar öz səlahiyyətləri daxilində təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda ve idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini apara biləcəklər.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Mərkəzi Bank valyuta hərracı barədə məlumat yaymağı dayandırıb - Rəsmi CAVAB
- Bəhruz Məhərrəmov: "Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlin üzrxahlıq etdi"
- Deputat: "Aİ-nin "müşahidə missiyası"nın təxribatları heç bir nəticə verə bilməz"
- Bəzi şəxslərin peşə məktəblərindəki təhsil haqqlarını dövlət ödəyəcək
- Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi qaldırılır