"Sertifikasiya prosesi yekunlaşdıqdan sonra müəllimlərin müraciətinə baxılacaq".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu, hansısa müəllimin bərk qışqırması ilə əlaqəli deyil:
"Təhlil nəticəsində biz görsək ki, həqiqətən də ciddi fərqlər var, bu zaman müəyyən mənada qərarlar qəbul edilə bilər. Çünki sualların çətinliyini statistika ölçür. Bizim bununla bağlı müəyyən təhlillərimiz olacaq. Müəllimlərimizdən səbirli olub gözləmələrini xahiş edirik. Bu təhlil üçün bizə bir neçə həftə lazımdır".
Nazir vurğulayıb ki, hər bir savadlı müəllim bilməlidir ki, Elm və Təhsil Nazirliyi həmişə onların yanındadır və heç zaman ədalətsiz qərar vermərik".
Aygün Mirakif