Neftçala rayonunda "Köhnə bazar" adlanan ərazidə yaranan antisanitar vəziyyət aradan qaldırılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qeyd edilən ərazi polis əməkdaşlarının müşayiəti ilə aidiyyəti qurumlar tərəfindən təmizlənib.
Neftçala rayonunda "Köhnə bazar" adlanan ərazidə antisanitar vəziyyət yaranıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, sözügedən ərazidə müxtəlif məişət tullantıları ətrafa səpələnib.
İnəklər tullantıların arasında gəzir və yem axtarırlar.
Sakinlər ərazinin tullantılardan təmizlənməsini və antisanitar vəziyyətin aradan qaldırılmasını istəyirlər.
Görüntüləri təqdim edirik: