Bakının Nəsimi rayonu ərazisində bir çox işıqforun işləməməsinin səbəbi məlum olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sektor müdiri Ömər Xıdırov açıqlama verib.
O bildirib ki, qeyd olunan ünvanda işıqforların işləməməsinə səbəb qurğunun özündə yaranan problem yox, ərazidə elektrik enerjisinin kəsilməsi olub:
"Qısa müddət ərzində aidiyyəti dövlət qurumu tərəfindən elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda yol hərəkəti iştirakçıları təhlükəsiz şəkildə yoldan istifadə edirlər".
Məhərrəm Əliyev