Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda minifutbol üzrə dünya çempionatı ilə əlaqədar "Fan zona" təşkil olunub
Mayın 21-dən iyunun 1-nə qədər Bakıda minifutbol üzrə dünya çempionatı keçiriləcək.
Oxu.Az xəbər verir ki, bununla əlaqədar Dənizkənarı Bulvar ərazisində "Fan zona" təşkil olunub. "Fan zona"da müxtəlif attraksionlar və əyləncə bölmələri təşkil olunub və zonanın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verilib.
Qeyd edək ki, "Fan zona"nın açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və digər rəsmi şəxslər, o cümlədən "YAŞAT" fondunun nümayəndələri, şəhid övladları, minifutbol üzrə milli komandamızın üzvləri və digər qonaqlar iştirak ediblər.
"Fan zona" may ayının sonuncu gününə kimi davam edəcək.
Həmçinin, dünya çempionatının matçları canlı olaraq Dənizkənarı bulvarda yerləşdirilmiş led ekrandan canlı yayımlanacaq.
Daha çox foto burada: PhotoStock.az
Anar Həsənov
"Minifutbol üzrə dünya çempionatı" teqi üzrə xəbərlər
- Minifutbol millimizin dünya çempionu olması münasibətilə Bakıda konsert keçirilib
- Ağaseyid Qasımov: "Bizi aşağı çəkməyə çalışan insanları bizdən saymıram"
- Elvin Əlizadə: "Dünya çempionatına bəlkə də ən ciddi hazırlaşan bizim komanda idi"
- Təmkin Xəlilzadə: "Mənə olan inamı doğrultduğum üçün qürurluyam"
- Minifutbol üzrə dünya çempionu olan Azərbaycan yığmasının oyunçuları şəhər gəzintisində