Bakının mərkəzində yerləşən Nizami Kino Mərkəzinin divarlarında qraffiti adı altında edilən cızma-qaraların aradan qaldırılması və tarixi binanın əvvəlki görkəminin bərpası istiqamətində aparılan işlər yekunlaşıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Abadlıq Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, artıq bina əvvəlki vəziyyətinə qaytarılıb.