Həmişəki kimi, öz müştəriləri haqqında düşünən “Pepsi Azərbaycan” şirkəti Novruz bayramında da onları unutmur. Novruz arzularının çin olması, bayram əhval-ruhiyyəsinin dəstəklənməsi məqsədilə “Pepsi Azərbaycan” Bakı və regionlarda xalqımızın qədim Novruz ənənə və dəyərlərinə əsaslanan yeni bayram kampaniyasına başlayır.
Novruz kampaniyası çərçivəsində 1-30 mart tarixləri arasında yaxın oyun mərkəzlərinin birinə üç “Pepsi” qapağı gətirərək, uğur çarxını fırladanlara minlərlə hədiyyələrdən birini qazanmaq imkanı təmin edilir. İştirakçıların bəxtinə çıxa bilən hədiyyələr velosipedlər, seqveylər, pover bank, breloklar, “Lays” çipsləri və, əlbəttə ki, “Pepsi” içkilərindən ibarətdir.
Kampaniya Bakının “Araz”, “Rahat”, “Bazarstore” və “Bravo” marketlərində və həmçinin, ölkəmizin Qəbələ, Ağstafa, Gəncə, Mingəçevir, Zaqatala, Masallı, Beyləqan, Şirvan və Saatlı bölgələrində keçirilir.
Kampaniya rəqəmsal platformalarda keçirilir, sosial şəbəkələrdə fəal müştərilər üçün hədiyyələr paylanılır.
Əlavə məlumat üçün “Pepsi” Azərbaycan şirkətinin “Facebook” və “Instagram” səhifələrinə müraciət etmək olar.