Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Oğuzda it kişiyə hücum ETDİ: Ağır xəsarət yetirdi
Oğuz rayonunda 45 yaşlı kişi it hücumuna məruz qalıb.
Oxu.Az-ın məlumatına görə, o, Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə qəbul edilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstəyə burunun açıq yarası, əlin baş barmağının didilmiş-cırılmış yarası diaqnozu təyin edilib.
Xəstəyə ilkin zəruri tibbi yardım göstərilib və ixtisaslı tibbi müayinə almaq üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Tibb müəssisəsində zərərçəkmişə zəruri tibbi xidmətlər göstərilib. Burunun yumşaq toxumaları tam amputasiya olunub.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Bayram günlərində TƏBİB-ə daxil olan müraciətlərin SAYI AÇIQLANDI
- İcbari tibbi sığortanın tətbiqindən dörd il ötür: 235 milyondan artıq tibbi xidmət göstərilib
- Ötən ay əməliyyat keçirilən quruma yeni direktor TƏYİN OLUNDU
- Masazırda sərnişin avtobusu "Mercedes"lə toqquşdu: Xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Yevlaxda baş verən qəzada xəsarət alan şəxslərin son durumu AÇIQLANDI