Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü yaralayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, DSX-nin mətbuat xidmətindən verilən məlumata görə, hadisə bu gün baş verib.
“N” saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət qulluqçusu, əsgər Rəsulov Kamran Rafiq oğlu siqnal tapançası ilə davranış zamanı təhlükəsizlik qaydalarına düzgün riayət etməyib və təsadüfi atəş nəticəsində ayaq nahiyəsindən yaralanıb.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.