Verilişin aparıcıları dünyanın müxtəlif ölkələrinə səyahət edir və həmin ölkələrin mətbəxlərini nümayiş etdirirlər.
“Orel i Reşka” proqramının yaradıcılarının yeni əyləncəli və populyar proqramı olan Pyatnisa kanalında nümayiş etdirilən “Yeda, ya lyublyu tebya!” verilişi Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, verilişin aparıcısı Vladimir Dantes, Nikolay Kamka və Ed Matsaberidze sosial şəbəkələrdə artıq yazı və fotolar yerləşdiriblər.
Proqramın Bakıda çəkilən növbəti buraxılışı may ayının 11-də 19.00-da Moskva vaxtı ilə göstəriləcək.
Qeyd edək ki, verilişin aparıcıları dünyanın müxtəlif ölkələrinə səyahət edir və həmin ölkələrin mətbəxlərini nümayiş etdirirlər. Hər şəhərdə hansı aparıcının dəbdəbəli restoran, hansının ən yaxşı küçə yeməyini tapacağına və hansının isə qonaqpərvər yerli sakinlərin birinin evində sərbəst şəkildə milli mətbəxin nümunəsini bişirəcəklərinə dair püşk atırlar.
Dostlar seçilmiş təamların və ucuz mətbəx nümunələrinin dadına baxacaqlar və bu yeməklər haqqında elə danışacaqlar ki, onların dadına mütləq baxmaq istəyəcəksiniz!
Elvin Əhmədov
www.oxu.az