Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qadın televiziyada çalışan həyat yoldaşından ŞİKAYƏTÇİDİR: "Məni döyür, işgəncə verir..."
Televiziyada rejissor kimi çalışan Kamran Bünyatovun həyat yoldaşı Hülya Hüseynova əri ilə bağlı polisə müraciət edib.
Oxu.Az xəbər verir ki, o bu barədə öz sosial şəbəkə hesabında məlumat paylaşıb.
Belə ki, qadın həyat yoldaşının onu aldatdığını, başqa qadınla gəzdiyini bildirib. O iddia edib ki, ərinin xəyanətini tutanda onu döyüb, şiddət göstərib:
"Televiziyada çalışan Kamran Bünyatov iş yoldaşı Məryəmlə gecələr eyş-işrət qurur. Məni boşatdırıb, uşaqla küçəyə atırlar. Qanunda qadın evdardırsa, yoldaşı işləməyə qoymadı deyə, ancaq uşaq böyütməlidir? Hörmət yoxdur? Bayıl məhkəməsi qeydiyyatda olduğum halda məni hansısa yollarla evdən atırlar. 8-ci polis bölməsində iş gedir. Həyat yoldaşım polisi aldadır, barışıq edir, amma sonra məni döyüb, gecə ilə küçəyə atır. Uşaqla küçədə qalıram. Mənə işgəncələr verir, sevgilisini evə gətirmək istəyir. Məni evdən atırlar, yardım edin. 10 aydan çoxdur ki, səhərimi həyəcanla açıram. Məni həmin qadınla özü danışdırdı".
H.Hüseynovanın şəxsi hesabında paylaşdığı görüntüləri təqdim edirik:
Rəylər