Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qalmaqallı direktor işdən çıxarıldı
Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Ruzvay oğlu Yahyayev işdən çıxarılıb.
Oxu.Az "Unikal"a istinadla xəbər verir ki, onun vəzifəsi hələlik xəstəxananın baş həkimi Arzu Teymurova həvalə edilib.
Bildirilib ki, Rauf Yahyayev öz ərizəsi ilə işdən çıxıb. O bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi.
Qeyd edək ki, R.Yahyayevin adı son vaxtlar qalmaqallarda hallanırdı. O, ötən ilin fevralında bir qrup şəxs tərəfindən döyülüb.
"Goranboy Rayon Mərkəzi Xəstəxanası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar