Azərbaycan dünən axşam saatlarından etibarən güclü qar yağıntısına məruz qalıb.
Paytaxt Bakının sakinləri bu gün səhər saatlarından şəhərlərini qara bürənmiş halda görüb. Təbii ki, qarın yaratdığı fəsadlar yenidən gündəmə gəlib. Yol hərəkəti iflic duruma düşüb, sərnişinlərin mənzil başına daşınılması problemə çevrilib.
Lakin bu durumdan razı qalanlar da var. Bunlar əsasən azyaşlılardır. Onlar bu il Bakıya düşən qarın həzzini çıxarır, qartopu oynayırlar.
Oxu.Az-ın fotoqrafı şəhərətrafı qəsəbə və mərkəzi küçələrdə qar yağıntısının yaratdığı mənzərələri lentə alıb. Həmin görüntüləri təqdim edirik:
Foto: Ramil Yunus