Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki ilk potensial rəqibi müəyyənləşib
Azərbaycan Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki ilk potensial rəqibi müəyyənləşib.
Oxu.Az-ın məlumatına görə, Ağdam təmsilçisi İslandiya klubu “Vikinqur”la qarşılaşa bilər.
Ümumiyyətlə, yarışa I raunddan qoşulacaq 6 komanda artıq dəqiqləşib ki, onlardan yalnız Reykyavik komandası səpələnməmişlərdə yer alacaq. Digər beş klub - “Qarabağ”, HİK (Finlandiya), “Flora” (Estoniya), “Klaksvik” (Farer adaları) və “Şemrok Rovers” (İrlandiya) püşkatma zamanı səpələnmişlərdə, yəni güclülərin sırasında qərarlaşacaqlar. “Qarabağ” 33,000 əmsalla mərhələnin ən yüksək reytinqə malik komandasıdır.
TNS (Uels), RFŞ (Latviya), “Dinamo” (Batumi, Gürcüstan), “Dinamo” (Minsk, Belarus), “Panevejis” (Litva) və “Odrabası”nın (Qazaxıstan) səbəti qeyri-müəyyəndir.
Qurban Qurbanovun kollektivi mərhələni adlayacağı təqdirdə, II raundda da səpələnmişlərdə olacaq.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.
"Azərbaycan Premyer Liqası (Misli Premyer Liqası)" teqi üzrə xəbərlər
- Azərbaycan Premyer Liqasında XXXII tura yekun vuruldu
- Qurban Qurbanovun çempionluq şərhi: "Həmişə növbəti uğur üçün can atıram"
- "Qarabağ" Azərbaycan Premyer Liqasında çempionluğunu rəsmiləşdirdi
- Misli Premyer Liqası: "Zirə" Tovuzda "Kəpəz"i məğlub etdi
- Premyer Liqa: "Turan Tovuz" - "Şamaxı" görüşündə qalib müəyyən olunmadı