Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qaradağda yanaraq ölən qadın müəllim imiş - YENİLƏNİB + FOTO
Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən yanğında ölən şəxs müəllim imiş.
Oxu.Az-ın məlumatına görə, Həsənova Xuraman Feyzulla qızı Elxan Həsənov adına 139 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyirmiş.
09:24
Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 72 kv. m olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 12 kv. m sahədə və ikinci mərtəbəsində ümumi sahəsi 72 kv. m olan üçotaqlı mənzilin bir otağının tavanı 4 kv. m sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
İlhamə Əbülfət
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Bakıda iki bitişik evdə YANĞIN baş verdi
- Axtarışda olan iki nəfər bağlı qapı arxasından çıxarıldı
- Qaldırıcı krana çıxıb intihar etmək istəyən şəxs xilas edildi - ANBAAN GÖRÜNTÜLƏR
- Bakıda qaz balonu quraşdırılmış avtomobil yandı: Xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- "Görüş" şadlıq evinin fəaliyyəti dayandırıldı