Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qaxda avtomobil çökəkliyə düşüb, xəsarət alan var
Qaxda minik avtomobili yol kənarındakı çökəkliyə düşüb, xəsarət alan var.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Qıpçaq kəndi ərazisində baş verib. 1988-ci il təvəllüdlü Qax rayon İngiloy Kötüklü kənd sakini Slava Maksimoviç Berikaşvili "Nissan" markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə düşüb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan S.Berikaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
Ən çox oxunanlar