Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dövlət qurumunda KÜTLƏVİ İXTİSAR
Masallı rayonunda bir qrup vətəndaş işdən çıxarılmalarına etiraz edir.
Oxu.Az İTV-yə istinadən xəbər verir ki, şikayətçilərin sözlərinə görə, onların işlədikləri Lənkəran Rayon Qaz İstismarı İdarəsinin Masallı rayon xidmət sahəsi tərəfindən heç bir xəbərdarlıq edilmədən əmək müqavilələrinə xitam verilib və onlara heç bir kompensasiya ödənilməyib.
Şikayətçilər bildiriblər ki, bu sahədə 9 ildir çalışıblar və fəaliyyətlərində hər hansı nöqsan olmayıb.
Məsələ ilə bağlı Lənkəran Regional Qaz İdarəsinin Masallı rayon xidmət sahəsindən bildirilib ki, şikayət edən şəxslər onların deyil, DOST Mərkəzinin işçiləridir.
Qurumdan verilən məlumata görə, qeyd olunan şikayətlər araşdırılıb və əməkdaşların xəbərdarlıq edilmədən işdən çıxarılması ilə bağlı iddialar əsassız hesab edilib.
Ətraflı süjetdə:

"DOST mərkəzi" teqi üzrə xəbərlər
- DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirildi
- Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST Mərkəzini ziyarət ediblər
- Məmurun qohumu DOST-da işdən çıxarıldı: Ata-oğul avtomobilini əzdilər
- Bu xəbərləri qaçırmayın: 01.11.2024-ün ən mühüm hadisələri
- Yanğın baş verən ərazidəki DOST Mərkəzi işləməyəcək