Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Quba Soyqırımı Kompleksinin təmirinə qısa müddətdə başlanılacaq
"Yaxın vaxtlarda Qubada Soyqırımı Memorial kompleksi təmir olunacaq".
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bildirib.
O qeyd edib ki, düşmənlərin günahsız insanlara qarşı törətdiyi bu faciə bütün dünya ictimaiyyətinə çatdırılmalıdır:
"Hər dəfə buranı ürək ağrısı ilə ziyarət edirik. Yaxın zamanda kompleksdə təmir işlərinə başlanacaq. Güclü yağışlar nəticəsində kompleksin dam örtüyü yararsız vəziyyətə düşüb. Bir ilə yaxındır bu məsələ ilə bağlı işlərə başlanılıb. Smeta layihəsi hazırlanıb. Memorial Kompleks xüsusi materiallardan inşa edildiyinə görə, hazırda həmin materialların satınalınması prosesi gedir. Yaxın zamanda təmirə başlanılacaq".
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Gənc istedadlara xüsusi təqaüdlər veriləcək - SƏRƏNCAM
- Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - Sənəd qəbulunun başlanacağı TARİX AÇIQLANDI
- Firəngiz Əlizadə: "Niyazi biləndə ki Qara Qarayevin tələbələriyik, bizim musiqiləri ifa etmirdi"
- İsmayıllı Mədəniyyət Mərkəzində işçilərin ixtisar edilməsinin SƏBƏBİ BİLİNDİ
- "Şəhid övladlarının incəsənət akademiyası" layihəsinin bağlanış mərasimi keçirilib