Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Renatın müalicə üçün dəstəyə ehtiyacı var
Bir yaşlı Renatın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Gülnarə Məmmədova məlumat verib.
O bildirib ki, övladı qaraciyər sirrozundan əziyyət çəkir:
"Renat ötən ilin avqust ayında dünyaya gəlib. Beşaylıq olarkən onun qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də müalicələrini vaxtlı-vaxtında etmişik. Həkimlər onun müalicəsi düzgün aparılarsa, vəziyyətinin stabil qalacağını deyiblər. Yaşı az olduğu üçün qaraciyər nəqli onun üçün böyük riskdir. Son iki aydır Renatın müalicə və müayinəsini sizin saytın izləyicilərinin dəstəyi ilə edə bilmişik".
Gənc ana Renatın müalicəsi üçün yardımsevər şəxslərə səslənib:
"Renatın müalicəsi üçün bizim hazırda 500 manata ehtiyacımız olur. Mənim Renatdan böyük bir qızım da var, uşaqlara görə mən işləyə bilmirəm, yoldaşım isə sürücülük edir, kirayədə yaşayırıq. İki uşaq, kirayə, inanın, çatdırmaq mümkün deyil. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 249-12-18.
Beynəlxalq Bank: 5522 0993 1308 7033.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Azyaşlı övladları olan ana ölümlə mübarizə aparır: Artıq uşaqlarını da tanımır
- 11 yaşlı Dənizin bir günü qalıb: Təcili müayinə üçün pula ehtiyacı var
- Üç yaşlı Abbasın dəstəyə ehtiyacı var
- Ağır xəstəlikdən əziyyət çəkən Ülvinin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- 18 günlük körpənin anası imdad diləyir: "Uşağa yemək almaqda belə çətinlik çəkirik"
Rəylər