Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rövşən Rüstəmov: "Naxçıvan MR dəmir yolunun yenidən qurulması üçün tam layihə sənədləri hazırlanır"
"İrana baş tutan səfərimizin əsas məğzi Ağbənd-Salam Məlik istiqamətində həyata keçiriləcək dəmir yolu xətti layihəsi ilə bağlı idi".
Oxu.Az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov "Gələcək üçün dayanıqlı nəqliyyat" tədbirində bildirib.
O qeyd edib ki, artıq dəmir yolu Ağbənd istiqamətinə doğru sürətlə çəkilir:
"Növbəti mərhələ olaraq Naxçıvan MR dəmir yolunun yenidən qurulması üçün tam layihə sənədləri hazırlanır. İranlı həmkarlarımızla aparılan danışıqlarda isə İran tərəfdən keçəcək dəmiryol xəttinin marşrutu bir daha müzakirə olundu. Ən uyğun və optimal marşrut demək olar ki, razılaşdırılıb, körpülərin yerləri və dəmiryol xəttinin keçəcəyi marşrut üzərində son danışıqlar aparılır".
Məhərrəm Əliyev
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- Məşhur polkovnikə VƏZİFƏ VERİLDİ
- Deputat: "Aparılan iqtisadi islahatlar büdcə gəlirlərinin artmasına səbəb oldu"
- Bakı-Balakən-Bakı marşrutu üzrə minimum qiymətlər açıqlandı
- "Azərbaycan Dəmir Yolları"nın işçisi əməliyyat zamanı ÖLDÜ
- Gələn ildən dəmir yolu ilə daşımalarda yeni güzəştlər tətbiq olunacaq
Rəylər