Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ruhi xəstə qaz təsərrüfatı işçisi adıyla vətəndaşlardan pul yığdı - FOTOVİDEO
Gəncə şəhərində saxta qaz təsərrüfatı işçisinin peyda olması barədə məlumat yerli polis əməkdaşlarını hərəkətə keçirib.
Oxu.Az-ın məlumatına görə, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının apardıqları əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxsin əvvəllər müxtəlif maddələrlə məhkumluq həyatı yaşayan, Göygöl rayon sakini 28 yaşlı Rəfail Əsgərov olması müəyən edilib.
Araşdırmalar zamanı o da məlum olub ki, Rəfail Əsgərov özü üçün saxta ad seçib və bu adla xüsusi vəsiqə düzəldib. Sözügedən vəsiqə ilə müxtəlif ünvanalarda sayğaclara baxış keçirən Əsgərov, cihazın sıradan çıxdığını bəhanə gətirərək vətəndaşlardan 10 manat pul alıb.
Rəfail Əsgərovun hazırda Gəncə Rayonlararası Ruhi Əsəb Dispanserində xəstə kimi qeydiyyatda olduğu da üzə çıxıb.
Gəncə Regional Qaz İstismar İdarəsinin rəsmiləri abonentləri diqqətli olmağa çağırır. Rəfail Əsgərovun əməlindən zərər çəkən şəxslərdən Kəpəz rayon Polis İdarəsinə, yaxud Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat vermələri xahiş olunur.
Nazir QULİYEV
"Göygöl" teqi üzrə xəbərlər
- Göygöldə maşın qadınları vurdu: Ölən var
- Mahnı sifarişinə görə toyda döyülən kişi xəstəxanada öldü
- Göygöldə qayınata ilə kürəkən arasında münaqişə: Bıçaqlananlar var
- AQTA: "Niasitol" preparatının insan üzərində istifadəsi qəti yolverilməzdir"
- Bu xəbərləri qaçırmayın: 13.08.2024-ün ən mühüm hadisələri
Rəylər