Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sabunçuda 10-dan çox sürücü cəzalandırıldı
Sabunçu rayonunda "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin DYP Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə rayon ərazisində avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.
"Keçirilən tədbirlər zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücü və sahibkarlarla mütəxəssislərin iştirakı ilə maarifləndirici söhbətlər aparılır, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.
Bir daha sürücülərdən, eləcə də sərnişin və yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edirik", - məlumatda bildirilib.
Qeyd edilib ki, tədbir zamanı 10-dan çox sürücü barəsində inzibati qaydada tədbir görülüb.
"Təmiz hava aylığı" teqi üzrə xəbərlər
- Gəncədə "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib
- Nərimanov rayonunda "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib
- Gəncə şəhərində "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib
- Atmosferə normadan artıq zərərli maddələr atan avtomobillər saxlanıldılar
- Qaradağ rayonunda "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib
Rəylər