Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki körpələr evi-uşaq bağçasında uşaqlar üçün ayrılan ərzağın bağça rəhbərliyi tərəfindən mənimsədildiyi iddia olunub.
Oxu.Az xəbər verir ki, iddia ilə bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
İddia olunur ki, 198 nömrəli körpələr-evi uşaq bağçası üçün gətirilən ərzaqlar əməkdaşlar tərəfindən mənimsənilir və bağçadan çıxarılır.
Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki,198 nömrəli körpələr-evi uşaq bağçasına dair iddialarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq.
"Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir", - deyə məlumatda bildirilir.