"Yüksəliş" müsabiqəsi liderlik potensialını üzə çıxarmaq və idarəçilik bacarıqlarını inkişaf etdirmək məqsədilə yaradılmış mühüm bir platformadır. Bu layihə ölkəmizin gələcəyini formalaşdıracaq intellektual liderlərin müəyyənləşdirilməsi və yetişdirilməsi baxımından strateji əhəmiyyətə malikdir".
Oxu.Az xəbər verir ki, bu fikri Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov beşinci "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən deyib.
O bildirib ki, indiyədək 40 minə yaxın insanın qatıldığı bu müsabiqədə 96 nəfər qalib adını qazanıb:
"Burada fərqlənərək ön sıralara yüksələnlər yaradıcılığı, analitik düşüncəsi, çevik qərarvermə bacarığı və komandada işləmək qabiliyyəti ilə seçilirlər. Müsabiqə, eyni zamanda, ölkədə insan kapitalının gücləndirilməsi və milli inkişaf strategiyasına töhfə verəcək liderlərin formalaşdırılması baxımından da önəmli bir mexanizmdir".
Aləmdə Nəsib