Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib
Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Qənbər Teymur oğlu Yarıyevin meyitinin qalıqları Salyan rayonuna gətirilib.
"Report"un Aran bürosunun məlumatına görə, şəhidin nəşi Salyanda ailəsinə təhvil verilib.
Qənbər Yarıyev Salyan rayonu Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Salyan Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Qənbər Teymur oğlu Yarıyev 1966-cı il dekabrın 6-da anadan olub. O, 1992-ci il yanvarın 26-da Şuşanın Daşaltı kəndində itkin düşüb. Q.Yarıyevin qalıqları Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkar edilib.

"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Şəhid Tərlan Məmmədovun anası: "31 ildən sonra oğlumu tapıb gətirdilər"
- Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyev dəfn edilib
- Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Tağıyev dəfn edilib
- Birinci Qarabağ müharibəsinin üç şəhidi bu gün dəfn olunacaq
- Şəhid bacısı ilə şəhid qardaşı nişanlandılar