Şamaxı-İsmayıllı yolunda təhlükəli manevr yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224 12 12) məlumat daxil olub.
Qeyd edilib ki, hadisə qəzadan son anda yayınan digər sürücünün avtomobilində olan qeydiyyat kamerası tərəfindən lentə alınıb.
Bildirilib ki, qəza zamanı VAZ-2115 markalı avtomobil qarşıdan gələn yük maşınına çırpılıb. Arxandan gələn nəqliyyat vasitəsinin sürücüsü isə qəzadan son anda yayına bilib.
Hadisə zamanı ölən və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur. Qəza nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib.