Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Seçkiqabağı təşviqata nə zaman başlanacağı məlum oldu
Növbədənkənar parlament seçkisində seçkiqabağı təşviqata nə zaman başlanacağı məlum olub.
Oxu.Az xəbər verir ki, "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda əksini tapıb.
Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələri seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlamalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırmalıdırlar.
Növbədənkənar parlament seçkisində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
Daha çox foto: PhotoStock.az
Könül Cəfərli
"Milli Məclis" teqi üzrə xəbərlər
- Ambulator müalicə alan xəstələrə ŞAD XƏBƏR: Sağlamlıq təminatı yeni mərhələyə qədəm qoyur
- Azərbaycanla Çin arasında münasibətlər strateji müstəviyə qaldırılıb
- Hərbçilərin ictimai təhlükə törətməyən cinayətləri ilə bağlı yeni qayda
- Milli Məclisin sədri Rusiyaya səfər edib
- Şimali Kipr prezidentinin müşaviri: "Azərbaycanın ölkəmizdə nümayəndəlik açmasını arzu edirik"