"Ötən dəfə yağan yağışdan sonra rəhbərlik yaranan fəsadların qarşısını almaq üçün ciddi addımlar atıb, xüsusi proqramlar həyata keçirilib".
Bu sözləri "Sədərək" ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib.
"Budəfəki yağış daha güclü olsa da, obyektlərə ciddi ziyan dəyməyib. Hazırlıq işləri dünəndən görülüb. Əgər hər hansı zərər dəymişdisə, qarşılanacaq", - deyə o əlavə edib.
Ətraflı Baku TV-nin süjetində:
Bakıda yağan intensiv yağış nəticəsində "Sədərək" ticarət mərkəzini su basıb.
Baku TV-nin hadisə yerindən verdiyi məlumata görə, yağıntı nəticəsində bəzi ticarət obyektləri və ara yollar suyun altında qalıb.
Bildirilir ki, ərazidə suyun hündürlüyü 20 santimetrə qalxıb. Hələ ki hansısa mağazaya zərər dəyməyib.
Ticarət mərkəzində işləyənlər kanalizasiya quyularının qapaqlarını açaraq suyun ora axmasına çalışırlar.