Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sədr müavini: Boşanmış qadın başqasını sevə bilər
Azərbaycanda boşanmış kişilərin keçmiş həyat yoldaşlarına qarşı zorakılıq göstərməsi ilə bağlı faktlarla çox qarşılaşırıq.
Oxu.Az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova boşanmış qadınların ikinci dəfə ailə qurması ilə bağlı problemlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, kişi qadından boşanıbsa, artıq onun üzərində heç bir hüququ yoxdur:
“Kişinin hüququ yalnız uşaqları üzərindədir. Boşanmış qadın başqasını sevə bilər və yenidən ailə həyatı qura bilər. Bu, onun hüququdur. Keçmiş həyat yoldaşının ixtiyarı yoxdur ki, boşanmış arvadının ailə qurmasına mane olsun, onu öldürsün. Təəssüf edirik ki, Azərbaycanda boşanmış kişilərin keçmiş həyat yoldaşları üzərində təzyiqləri, onların yenidən ailə qurmasına mane olması və zorakılıq göstərməsi ilə bağlı faktlarla rastlaşırıq”.
Sədaqət Qəhrəmanova qeyd edib ki, problemin həlli üçün bu istiqamətdə maarifləndirici işlər artırılmalıdır:
“Burada medianın da üzərinə böyük öhdəlik düşür. Bu istiqamətdə maarifləndirici işlər görülməlidir və həmin insanların düşüncələrinə təsir edilməlidir”.
İlhamə Əbülfət
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"