Şəkidə 28 yaşlı gənc göldə batıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Fazıl kəndində baş verib.
Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Vüsal Mehman oğlu Məmmədov kənd ərazisində göldə çimərkən boğulub. Onun cəsədi sudan çıxarılıb.
Qeyd edək ki, V. Məmmədov Fazıl kəndinə qonaq gəlib.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az