Şirvan şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.
Oxu.Az xəbər verir ki, qəza ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, avtoqəza ötən gün axşam saatlarında baş verib. Belə ki, saman daşıyan QAZ-54 markalı yük avtomobili ilə VAZ-2106 markalı minik maşını toqquşublar.
VAZ-2106 markalı avtomobilə ciddi ziyan dəyib, yararsız hala düşüb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım xidməti cəlb olunub.
Qəza nəticəsində xəsarət alan və ya həyatını itirən şəxslərin olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.
Hadisənin təfərrüatı ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.