Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şöbə müdiri: "Sudan ödənişli istifadə qaydasının diferensiallaşdırılması üçün layihə hazırlanacaq"
"Sudan ödənişli istifadə qaydasının diferensiallaşdırılması istiqamətində layihə hazırlanacaq".
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Xidmətinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, diferensiallaşdırma sudan qənaətlə istifadəni təmin edəcək:
"Biz hazırda ictimai su təchizatı istismarçılarından məlumatlar alıb, təhlillər aparırıq. Bu təhlillər əsasında sudan hansı kateqoriya üzrə istifadənin daha çox olduğu müəyyən ediləcək. Biz diferensiallaşdırmada nəzərdə tuturuq ki, sudan çox istifadə edən şəxs daha çox vəsait ödəsin və özündə məsuliyyət hiss etsin".
Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Xidmətinin Kadastr şöbəsinin müdiri Rafiq Verdiyev əlavə olaraq vurğulayıb ki, evlərdə içməli sudan texniki istifadənin azaldılması məqsədilə yağış sularının toplanması planlaşdırılır:
"Yağış sularının evlərin damlarında qurulan vasitələr hesabına toplanması və evlərdə texniki istifadə zamanı sərf edilməsinin təmin olunmasını istəyirik".
Aygün Mirakif
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)" teqi üzrə xəbərlər
- Azərbaycan Su Ehtiyatları Agentliyində iki qardaşa yüksək VƏZİFƏ VERİLDİ
- "Azərbaycanın su ehtiyatlarında 20% azalma müşahidə olunur"
- Rafiq Verdiyev: "İri çayların Ermənistan tərəfindən çirkləndirilməsi davam edir"
- Ataxan Bədəlov: "Vətəndaşların inzibati məsuliyyətə cəlb edilməsi yetərli olmur"
- Goranboyda işğal dövründə yararsız hala düşmüş suvarma kanalı yenidən istifadəyə verilib