Bakının qədim məhəllələrindən olan “Sovetski”də bu gecə sakinlərə məxsus 5 avtomobilin təkərləri açılaraq oğurlanıb.
Oxu.Az musavat.com-a istinadən xəbər verir ki, “Sovetski” məhəlləsinin müxtəlif küçələrində eyni anda həyata keçirilən oğurluq əməliyyatı zamanı oğrular olduqca peşəkar davranıblar.
Əli bəy Hüseynzadə küçəsində yaşayan sakinlərin verdiyi məlumata görə, oğrular maşınların yola baxan iki təkərini oğurlayıblar. Maşınlar hasarlara yaxın park edildiyindən oğurlanan təkərlər görünməyib.
Artıq Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər. Araşdırma aparılır.
www.oxu.az