Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sumqayıtda mərkəzi küçələrdən birinə Polad Həşimovun adı verildi - FOTO
Sumqayıt şəhərində küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müvafiq sərəncam imzalayıb.
Belə ki, Sumqayıtda yaşayan şəhid generalın adı şəhərin mərkəzi küçələrindən birinə verilib.
Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində Ermənistan Silahlı Qüvvələrinin təxribatlarının qarşısının alınması zamanı qəhrəmancasına şəhid olub.
P.Həşimov iyulun 15-də II Fəxri xiyabanda torpağa tapşırılıb.
Könül Cəfərli
"Ermənistan" teqi üzrə xəbərlər
- Politoloq: "Aİ-nin Ermənistandakı missiyasının uzadılması Rusiya və Azərbaycan əleyhinə addımdır"
- Yoxsulluq, çöküş - Avrasiya İqtisadi Birliyindən çıxacağı təqdirdə Ermənistanı nə gözləyir?
- İran Ermənistana qoşun yeritməyə hazırdır
- Paşinyandan istifadə edib atacaqlar: Niyə Ermənistan heç vaxt Aİ-yə qəbul edilməyəcək?
- Əvvəlcə Qarabağda məğlub olan, indi Orta Şərqdə uduzan ölkə
Rəylər