Sumqayıtda sexdə baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri və texnikası cəlb olunub, yanğın söndürülüb.
Yanğının təxminən 400 kvadratmetr ərazini əhatə etdiyi bildirilir.
01:26
Sumqayıtda sexdə güclü yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunublar.
Yanğının təxminən 400 kvadratmetr ərazini əhatə etdiyi bildirilir.