Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şuşada toyu keçirilən qazi: "Çox xoşbəxtəm"
"Şuşalı olaraq çox xoşbəxtəm ki, toyum Şuşada keçirilir".
"Report" xəbər verir ki, bunu toy mərasimi keçirilən Elmir Məmmədli jurnalistlərə deyib. O, şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyib:
"Allah Ali Baş Komandanımızı qorusun. Torpaqlarımız işğaldan azad olundu. Bu gün Şuşada öz xeyir işlərimizi keçiririk. 28 yaşım var və özüm də Qarabağ qazisiyəm. Döyüş yolum Füzulidən başlayıb. Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Füzulidə yaralanmışam. Şükür ki, səhhətimdə heç bir problem yoxdur".
Qeyd edək ki, bu gün - 32 ildən sonra Şuşa şəhərində ilk dəfə toy mərasimi keçirilir. Elmir Məmmədlinin toy mərasimi İsa bulağında təşkil edilib.
Xatırladaq ki, Şuşa şəhərində indiyədək 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin olunub.
İşğaldan azad edilmiş Şuşa şəhərində 32 ildən sonra ilk dəfə toy mərasimi keçirilir.
Baku TV toydan görüntüləri təqdim edir:
İşğaldan azad edilmiş Şuşa şəhərində 32 ildən sonra ilk dəfə toy mərasimi keçiriləcək.
Baku TV toya hazırlıq prosesindən görüntülər yayımlayıb.
Qeyd olunub ki, toyu olacaq şəxs Vətən müharibəsi iştirakçısıdır və mərasim İsa bulağının yanındakı restoranda baş tutacaq.
"Baku TV" teqi üzrə xəbərlər
- Xronika: "Tarixi yer adlarını müxtəlif üsullarla unutdurmaq üçün ermənilərin gizli planları"
- Nəriman Nərimanovun heykəli istiqamətində gedən yolda mövcud olan PROBLEMLƏR
- 72 gün dağda qalanların möcüzəvi qurtuluşu
- İrandan ölkəmizə göndərilən qidalar barədə XƏBƏRDARLIQ
- Xəzər sahillərində nə baş verir? - Xəbərlərin 20:00 buraxılışı
Rəylər