Xocalı rayonunun Şuşakənd kəndində tarixi gün yaşanıb. Şuşakənd ilk əsgərini qarşılayıb.
Baku TV-nin məlumatına görə, Famil Hüseynov hərbi xidmətini başa vuraraq doğma yurduna qayıdıb. Onun qarşılanması kənddə qürur dolu anlarla yadda qalıb.
Şuşakənd ilk əsgərini qarşıladı: TƏSİRLİ ANLAR
"Qürur yaşadığımız bir gündür. Vaxtilə bu torpaqlardan ayaqyalın gedənlərin övladları indi bura zəfər çalmış ordunun əsgəri kimi qayıdır", - F.Hüseynovun qohumu sevincini bölüşərkən deyib.