Naməlum basqınçılar ABŞ-nin vitse-prezidenti C.D.Vensin Ohayo ştatındakı evinin pəncərələrini sındırıblar.
Oxu.Az xəbər verir ki, məlumatı CNN yayıb.
Faktla bağlı, araşdırma aparılır.
Telekanal federal hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, bir nəfər həbs olunub.
CNN-in hüquq-mühafizə orqanlarındakı mənbə aydınlaşdırıb ki, şübhəli şəxs vitse-prezidentin evinə keçməyib.
Yanvarın 5-nə keçən gecə baş verən hadisə zamanı vitse-prezident və ailəsi evdə olmayıblar.