Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları Marneuli rayonunda qızıl mağazasına hücum zamanı öldürülən Sahib Bayramovun qətlinin təfərrüatı məlum olub.
Belə ki, Baku TV-nin Gürcüstan bürosunun əməkdaşları eyni hadisədə mərhumun güllə yarası almış atası Tamaz Bayramovla həmsöhbət olublar.
O bildirib ki, cinayəti törədən şəxs mağazaya alıcı kimi daxil olub:
"Qulaqlığı var idi, kiminləsə danışırdı. Almaq istədiyi qızılı göstərdik. Oğlum onu götürəndə, silahı çıxarıb dörd güllə atdı, biri də mənə dəydi".
Məlumat üçün bildirək ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərinin bazarında baş verən silahlı insidentin bəzi təfərrüatı bəlli olub.
Oxu.Az aktual.ge-yə istinadən xəbər verir ki, insidenti törədən şəxsin hadisə yerindən qaçmasının görüntüləri yayılıb.

Təhlükəsizlik kameralarından əldə edilən görüntülərə görə, hadisəni törədən şəxsin gənc oğlan olduğu müəyyən edilib.
Görüntülərdə şübhəli şəxsin əlində odlu silah hadisənin baş verdiyi yerdən qaçdığı əks olunub.
Xatırladaq ki, hadisə dünən Marneuli mərkəzi bazarının qızıl məmulatları satılan hissəsində baş verib. Qızıl mağazasının sahibi olan Bayramovlar - ata Telman Bayramov və oğlu Sahib Bayramov naməlum şəxs tərəfindən güllələnib.
Fotoda Sahib Bayramov

Yaralılar Marneulidə yerləşən klinikalara yerləşdirilib. Telman Bayramov müalicə aldıqdan sonra evə buraxılıb, 26 yaşlı Sahib Bayramov isə xəstəxanada keçinib.