Oxu.Az blogger Vyaçeslav Sapunovun Azərbaycan Respublikası təhsil naziri Mikayıl Cabbarovla eksklüziv müsahibəsini təqdim edir:
- Cənab nazir, artıq bir ildən çoxdur ki, siz Təhsil Nazirliyinə rəhbərlik edirsiniz. Bu müddət ərzində nələr edə bilmisiz?
- Əgər etiraz etmirsizsə sualı iki yerə bölərdim. Birincisi, institusial danışaq, bu sahədə nə etmək mümkün olub. Bu, sadəcə Təhsil Nazirliyinin, bu nazirlikdə çalışan komandanın işi deyil. Bu, daha genişdir. Bu, ümumilikdə Azərbaycanda təhsil sahəsində görülən bir işdir.
Əsasən, 2013-cü ilin oktyabrında cənab prezident tərəfindən imzalanmış təhsil sahəsində dövlət strategiyasının təsdiqlənməsindən başlamaq istəyirəm. Strategiya işimizi qurduğumuz əsas istiqamətləri əhatə edib.
Bu istiqamətlərin sayı beşdir: 1. Müəllim, 2. Təminat. 3. İdarə. 4. İnfrastruktur. 5. Resurslar – onların mövcudluğu və əlçatanlığı.
Strategiya – Azərbaycan qanunvericiliyinin çərçivələrindən kənara çıxan sənəddir. Əgər bizdə təhsil haqqında qanun varsa, strategiya onun üfüqlərindən kənara boylanır. Və strategiyada mənim fikrimcə ilk dəfə AR təhsil vəziyyəti düzgün əks etdirilib. Əldə edilən nailiyyətlərlə yanaşı peşəkarcasına, emosional boyamasız, təhsil qarşısında və mən deyərdim ki, daha geniş – təhsil sahəsində cəmiyyət qarşısında duran problemlər sıralanıb. Strategiyadan çıxış edərək, fəaliyyət planı hazırlanıb və artıq hökumətə təqdim edilib, plan baxılma və təsdiq edilmənin son mərhələsindədir.
Əgər strategiya “Nə etməli?” sualına cavabdırsa, o zaman fəaliyyət planı – “Necə etməli?” sualına cavabdır.
İkinci daha konkretdir – məktəblilər, valideynlər, müəllimlər onlar üçün bu 15 ayda hansı işlər görülüb? Ən əsası məzunların attestat verilmə məsələsi həll edilib. Üç il bundan öncə 11-ci sinfin hər dördüncü məzunu attestat almırdı!
Bu isə faktiki olaraq onların sosial, eləcə də təhsilin növbəti pilləsinə inteqrasiya etmə və ya növbəti iş tapmaq imkanlarının olmaması demək idi. Bu ciddi problemdən bütün vətəndaşlar xəbərdar olmasalar da bu problem mövcud idi.
- Bildiyim qədər, siz islahatlara Bakıdan başladız.
- Bəli, çünki ölkə şagirdlərinin üçdə bir hissəsi burada yerləşir. Bakı xalq təhsili idarəsi rayon təhsil idarələrindən fərqli olaraq birbaşa nazirliyə tabedir, müvafiq olaraq biz burada səlahiyyətlərə sahibik. (Müsahibə 2014-cü il 24 iyul Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun mükəmməlləşdirilməsi barədə prezident sərəncamı imzalanmamışdan öncə hazırlanıb – V.S.). Bu il ərzində onlarla direktor hazırlanıb, onlar dərs ili başlanana qədər təyinat alacaqlar. Neqativ halların aradan qaldırılması üçün tədbirlər gücləndirilib.
Biz təmir, bayram və s. üçün pul yığımının aradan qaldırılmasına və ya minimuma endirilməsinə nail olmuşuq. Məktəblər üçün təsərrüfat ehtiyaclarını ödəmək üçün aylıq vəsait ayrılmağa başlanıb. Onlarla məktəb təmir etdirilib.
Biz müəllimlərin orta saat yükünü artırdıq, bu isə müəllimlərin gəlirlərinin artmasına və müəllim-şagird münasibətinə təsir edib. Əgər biz “8 şagirdə 1 müəllim” rəqəmi ilə başlamışdıqsa, indi isə “12 şagirdə 1 müəllim” sayına yaxınlaşırıq. Bu yenə də beynəlxalq standartlardan aşağıdır, amma yenə də irəliyə atılan addımdır.
Biz həmçinin köklü problemlərdən olan müəllimlərin bir regiondan digər regiona köçürülərək işə qəbulu problemini də həll etmişik. İndi bu sistem tamamən mərkəzləşdirilərək elektron sistemə keçib. 2014-cü ildə başqa məktəbə köçürülən zaman istənilən müəllim üçün mərkəzləşdirilmiş elektron sistem tətbiq etmişik. Bu, real nailiyyətdir, Azərbaycan orta təhsil sistemində çalışan 150 müəllimin peşəkar inkişafında və iş şəraitində öz əksini tapır.
- Amma yenə də islahatların nəticələrinin gözəçarpacaq dərəcədə olmadığından şikayətlənənlər də çoxdur.
- Təhsil sahəsi qərarın qəbul olunduğu, onun implementasiyası və ictimai həyatda baş verənləri gördüyümüzə qədər müəyyən zaman kəsiklərinin mövcud olduğu bir sahədir. Axı bu gün gördüyümüz neqativ hallar, hətta SSRİ süqutu dövrünə qədər gedib çatacaq, dəyərlərin ucuzlaşmasını göstərən şkalada əksini tapan həyat səviyyəsinin aşağı düşməsinə səbəb olan sosial-iqtisadi şərtlərin dəyişməsi ilə əlaqədar dərin köklərə malikdir. Müəllim sənətinin prestiji də düşüb.
Bunun ardınca qaçınılmaz axın başladı. Onun hansı tərəfə yönlənməsi vacib deyil, amma bu axın yalnız ölkədən xaricdə olmadı, eləcə də təhsil sahəsindən bazar sahəsinə oldu. Və indi təhsil sahəsində təqaüd ərəfəsi, təqaüd və təqaüd sonra yaşında olan insanların çalışdığı nadir hal deyil.
- İyun ayında müəllim heyəti test imtahanından keçdi...
- Bu Bakı müəllimlərinin diaqnostik dəyərləndirilməsi müstəqillik illəri ərzində ilk dəfə idi ki, keçirilirdi. Etiraf etməliyik ki, bu günə qədər müəllim ordumuzun nə vəziyyətdə olması haqqında: fənn biliklərilə yanaşı, tədris metodikası, onun tətbiq bacarığı eləcə də psixoloji durumu barədə təsəvvürümüz yox idi. Və təbii ki, müvafiq olaraq müəllimlər, ixtisasartırma, treninqlər, dərs saatlarının bölünməsi və s. ilə əlaqədar öncə qəbul etdiyimiz qərarlar bir çox aspektləri nəzərə almadan qəbul edilirdi. Yəni biz bu və ya digər xəstəliyi diaqnoz olmadan müalicə etməyə çalışırdıq. İndi isə müəllimlər haqqında daha çox məlumata sahibik.
- KİV-də “müəllimlərin sınaq dəyərləndirilməsində 14,4% müəllim aşağı, 85,6% isə qənaətbəxş nəticə göstərib, onlardan 18,2%-i isə yüksək nəticə göstərib” kimi informasiya yayılıb. Bəs bu testlər haqqında sizin şəxsi fikriniz necədi? Bəs bundan sonra nə olacaq?
- İndiyə qədər müəllimlər haqqında əlimizdə olan məlumatlar yalnız anket məlumatları idi. Biz onun neçənci ildə dünyaya gəldiyini, hansı ali məktəbi bitirdiyini və neçə ildir dərs dediyini bilirdik. Bununla yanaşı ona neçə dərs saatı verməmiz, təkmilləşdirmə kurslarına göndərməli olub-olmadığımız, nəyi təkmilləşdirəcəyimiz barədə qərar qəbul etməli idik. Bəs sonra? Sonra isə pedaqoqların peşəkar inkişafı üçün daha dəqiq qərarlar qəbul etmək lazım idi.
- “Qeyri-qənaətbəxş nəticə” nə deməkdir?
- Bu həmin müəllimlərin məktəbdə işləməsi üçün yararsız olduqları deməkdir. Elə də mürəkkəb olmayan imtahanda 40 mümkün baldan onlar yalnız 20-ni yığıblar. Onlar diaqnostik dəyərləndirmənin nəticələrinə görə işdən azad olunacaqlarmı? Xeyr. Biz bunu öncədən də demişdik. Peşəkar təkmilləşmə üçün pedaqoqlara imkan yaradılacaqmı? Bəli, şübhəsiz.
- Testlərdə üç blok nəzərdə tutulmuşdu: fənn biliyi, müasir tədris metodikası bilikləri və pedaqoqun psixi vəziyyəti. Psixoloji durum necədir?
- Belə deyim: müxtəlif. Yenə də deyim ki, biz nəyə isə də əsaslanmalı idik. Elə hallar olub ki, valideyn gəlib hansısa müəllimin pis və ya qeyri-adekvat olduğunu söyləyib. Aydınlaşdırın! İndi isə bizdə obyektiv meyarlar var, onlar ayrı-ayrı halları aydınlaşdırmağa imkan verməsə də hansısa müəllimin psixoloji durumunun ilkin siniflərdə dərs demək qabiliyyətinin olmasının müəyyənləşdirilməsinə imkan verir. Bu, qərar vermək üçün vacibdir, axı psixoloji durum şagirdin durumuna eləcə də təhsilin keyfiyyətinə birbaşa təsir edir.
- Siz işə elektron qəbul haqqında danışdınız? Bu necə baş verir?
- Sadə. Siz viza üçün elektron ərizə doldurmusuz?
- Bəli, Britaniya üçün.
- Analoji prinsip tətbiq edilib. Təhsil Nazirliyinin saytında ölkə ərazisində 3 minə yaxın iş yeri təqdim edilib. Minimal tələblərə cavab verən adam, yəni diplomu olan anketi doldurur. İmtahan hamı üçün eyni gündə keçirilir. Bu il imtahan Azərbaycan İqtisad Universitetinin iki korpusunda keçirilib. İmtahan elektrondur. Üç blokdan ibarətdir: fənn biliyi, məntiq və tədris metodikası bilikləri. Nəticə praktiki olaraq həmin an məlum olur. Namizəd bilir ki, nə qədər bal yığıb.
Şəhər məktəblərində mümkün 35 sualdan 28 cavabı, kənd məktəblərində mümkün 35-dən 21 bal yığmaq lazımdır.
İkinci tur: müsahibə kommunikasiya qabiliyyətini üzə çıxarmaq üçün. Lazımi xalı toplamış namizədlər, nazirliyin, dövlət orqanlarının və məktəbin nümayəndələrinin daxil olduğu komissiya ilə söhbət edirlər, bu şəffaflığın təmin edilməsi üçündür.
- Təhsil sisteminə çoxmu adam can atır?
- Keçən il bizim 3 min vakansiyamız var idi, bizə 18 min adam müraciət etmişdi. Biz 1281 nəfəri qəbul etdik. Bəli, biz qəbul balını aşağı salmadıq, tələblərimizi sadələşdirmədik. Axı öz fənnini heç olmasa “dördə” bilməyən müəllimi niyə işə qəbul edək ki?
- İşə qəbul olunmanın mərkəzləşdirilmiş sistemi rüşvət sistemini dağıtdı. Amma bizim bilmədiyimiz problemlərin də ola bilmə ehtimalı varmı?
- Məsələn, saxta diplomlar problemi. Bəlkə də o birbaşa olaraq təhsil sferasına aid deyil, amma bizim göstəricilər qarşılaşdığımız digər problemlər üçün indikator rolunu oynayır. Bu sistem, təhsil sahəsinə heç bir pedaqoji təhsili olmayan adamların düşməsinə, məktəblərə işə düzəlməyə, uşaqlarımıza dərs keçməyə imkan yaradırdı. Burada ritorik sual meydana gəlir: görəsən, öz pedaqoji fəaliyyətini saxta diplom almaq kimi cinayətdən başlayan adam başqalarına nə öyrədə bilər?
- Neçə saxta diplom verilib?
- Dəqiq rəqəm deyə bilmərik, amma bir neçə min. Hal-hazırda istintaq gedir və hüquq mühafizə orqanları dəqiq rəqəmi müəyyən edə biləcəklər. Amma biz bilirik ki, 2000 nəfər saxta diplom ilə orta təhsil sistemində işlə təmin edilib, bu əsasən respublikanın rayonlarındadır. Bu gün biz onların adlarını belə bilirik. Əlimizdə olan məlumatın hamısını baş prokurorluğa vermişik, ora həmçinin saxta diplom satanların adları da verilib. Onların arasında təhsil sistemində rəhbər vəzifələrdə çalışanlar da olub.
Mənim xatırladığım qədər baş prokurorluq cəmiyyəti məlumatlandırmaq üçün artıq iki press-reliz hazırlayıb. Bu, bizim üçün niyə bu qədər vacibdir? Çünki biz bu qəbildən olan “müəllimlərin” qarşısını almasaq nədən danışa bilərik? Suyu çirklənmə mənbəsini ləğv etmədən necə təmizləyə bilərik? Bu gün müəllimlərin işə qəbul edilməsinin mərkəzləşdirilmiş sistemi, diplom bazasının yoxlanılması çoxpilləli şəffaf seçim – bu sahədə dəyişikliklərin olmayacağına zəmanətdir.
- Bəs üzə çıxarılan saxta-müəllimlər, işdə saxlanılıblar?
- Gözəl termin üçün təşəkkürlər! Bəli onlar hələ ki, iş yerlərindədir. Birincisi, birdən-birə iki min saxta-müəllimin işdən çıxarılması, həm də 2000 adamın işdən azad edilməsidir, onlar qanunu pozsalar belə.
İkincisi, bu təhsil prosesindən 2000 müəllimin uzaqlaşdırılması deməkdir. Mürəkkəb dilemma: belə müəllim olsun və ya ümumiyyətlə, müəllimsiz? Axı onların çoxu kənd məktəblərində dərs deyir. Və nəhayət, bu insanların arasında yalan qurbanı var, onlar dərsə gedib, sessiya verib, onlar üçün jurnal və qeydiyyat dəftərləri aparılıb.
Bundan başqa onların bəziləri vakant yerlərdə işləmək üçün imtahana gəliblər və imtahandan keçiblər, öz peşəkarlığını sübut ediblər! Və yalnız onların sənədlərinin yoxlanma prosesində diplomların Təhsil Nazirliyi tərəfindən verilmədiyi üzə çıxıb... Sistemin təmizlənmə prosesi olacaq, amma o eyni bir məqamlı olmayacaq.
- Biz hələ ki orta məktəbdən danışırıq.
- Bəli, mən çoxu orta məktəbdən danışırdım, çünki orta məktəblər daha çox şagird əhatə edir, amma başqa sahələrdə məsələn, peşə-texniki təhsildə dəyişikliklər var. Mən əminəm ki, Azərbaycanın insan resursları idxal üçün aparıcı resurslardandır.
Çünki bu gün üçün biz məcburən peşə-texniki kadr idxalçısıyıq, mütəxəssisləri xaricdən gətiririk. Bu niyə baş verir? Birincisi, çünki əmək bazarının tələblərinə əsaslanmış peşə qəbulu planlaması mövcud deyildi.
Yəni biz sovet sistemini miras almışıq və bu 25 il ərzində iqtisadiyyat dəyişib və təsərrüfatın yeni sahələri meydana gəlib, bəziləri isə aktuallığını itirib. 2014-cü ildə ilk dəfə Təhsil Nazirliyi peşə-texniki məktəblərinə əmək bazarının tədqiqinə əsaslanan qəbul planı tərtib edib. İkinci səbəb – hazırlıq keyfiyyəti. Və bu zaman birinci plana peşə standartının nə olması anlayışı çıxır.
Məsələn, avtomobil çilingərinin hazırlanması zamanı onun çoxdan istehsalı dayandırılan avtomobillərin təmir etməsi nəzərdə tutulurdu. Müasir avtomobillər haqqında isə heç bir məlumat yox idi. Proqramlar çox köhnəlib. Ona görə də biz çox böyük bir işə başladıq, təkrar edim ki, indiyə qədər aparılmayan bir işə. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq edirik, 200 yeni standart hazırlamışıq, 2000-ə yaxın da lazımdır.
Biz başa düşürük ki, yeni standartları işverənin fikrini nəzərə almadan formalaşdırmaq düzgün deyil, ona görə də bütün dövlət təşkilat və idarələrinə, özəl şirkətlərə sorğu göndərdik... Ona görə də indi yalnız peşə-texniki sahəsində deyil, bütün sahələrdə peşə standartlarına baxılır.
“Görünməz”lərdən bir blok da əlavə edərdim.
Son 15 ay ərzində “işğal edilmiş”lərin geri qaytarılması istiqamətində böyük iş görülüb. Tədris müəssisələrinə aid ərazilər tutulmuş, hasara alınmış, sərhədlənmişdi... İndi onlar məktəblərə və ya təhsil sistemi müəssisələrinə qaytarılıb. Tədris vasitələrinin əsas hissəsi geri qaytarılıb. Şərti desək, on kompüterin olması lazım gələn halda orada heç nə yox idi. Bu gün isə həmin 10 kompüter geri qaytarılıb. İnternat, idman məktəbləri, kollec, TPM rəhbərlərinin işdən azad edilməsi, sadəcə aysberqin görünən hissəsi idi, administrativ sanksiyaları alınmamış və oğurlanmış əmlakın bərpası müşayiət edirdi.
Amma hər şeydən öncə təhsil sistemində - rəhbər, müəllim, şagirdlər arasında əhval-ruhiyyənin dəyişməsinə nail olmuşuq. Diskussiyalar meydana gəldi. Doğrudur, daha çox tənqidi, bəli, insanlar hər şeyin bu dəqiqə elə burada dəyişməsini istəyirlər. Biz də eyni şeyi etməyə çalışırıq, amma alınmadığı halda səbəbləri göstəririk.
Bu gün biz işə yalnız yeni peşəkar standartlara uyğun olan müəllimləri götürürük. Müəllimi işə qəbul edən kimi nəticəni görəcəyikmi? Əlbəttə yox. O sinfə daxil olmalıdır, onun şərti sinfi tədrisin sonuna gəlməli, inteqrasiya etməli və s...
- Müəllimlərin aşağı maaşı da diskussiyalara səbəb olur. Məktəbdə pul yığmaların, rüşvətin və tədrisin aşağı səviyyəsinin səbəbini də bunda görürlər. Müəllimlərin məvacibinin artırılması, onların sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi müzakirə edilirmi?
- Bu problemin bir neçə aspekti var. Birincisi: Müəllimlərin bugünkü maaşı aşağıdırmı? Bəli, əgər nəzərə alsaq ki, ölkədə orta əmək haqqı 400 manatdan artıqdır, müəllimin orta əmək haqqı isə bu məbləğdən aşağıdır.
İkinci: Müəllimlər nə qədər işləyir? Bu sual çox zaman müzakirədən yan qalır. Bizim ölkədə müəllimin orta məşğulluq saatı digər peşələrlə müqayisədə çox aşağıdır. Bizdə müəllimin saat həcmi həftə ərzində 18 saata çatmır.
6 və ya 4 saat iş yükü olan müəllimlər də var... Çıxış yolunu nədə görürük, nə edirik? Saat yükünün aktivləşdirilməsi altında biz minimal tələblərə cavab verməyən müəllimlərin işdən azad edilməsini nəzərdə tuturuq. Razılaşın ki, öz fənnini bilməyən müəllimin maaşını artırmaq düzgün deyil. Müəllimlərin sertifikasiyası, onların bilik səviyyəsinin müəyyənləşdirilməsi məsələsi ortaya çıxır.
Nəzəri olaraq dövlətə müəllimlər üçün imtahan təşkil etmək, onların şəffaflığını təmin etmək asan olardı: “Sabah imtahandır. İmtahanı verənin maaşı artırılır, verə bilməyən yaxşı halda köhnə maaşla iş yerində qalacaq”.
Bəzi ölkələrdə belə ediblər, məsələn, bizim müqayisə etdiyimiz Gürcüstanda. Mən hesab edirəm ki, insanları gözlənilmədən yeni proqram üzrə, hazırlaşmağa imkan vermədən imtahan etmək doğru deyil. İlkin olaraq müəllimləri ixtisasartırma kurslarına dəvət etməli, sonra isə bu kurslar bitdikdən sonra sertifikasiyalı imtahan keçirmək lazımdır. Və təbii ki, sertifikat almış müəllimlər daha yüksək maaşa ümid edə bilərlər.
Digər mövzu. Əmək haqqının səviyyəsinin artırılması olmadan düşünürəm ki, gənc istedadlı kadrların axınını təmin etmək mümkün deyil, eyni zamanda isə yaxşı mütəxəssislərin ixtisasdan uzaqlaşmasının qarşısını almaq mümkündür. Bizim üçün çox sayda istedadlı müəllimin məktəblərə gələrək orda qalması maraqlıdır. Amma səbəblərlə əlaqəli düşünürəm ki, özümüzü illüziyalarla aldatmaq lazım deyil. Müəllim maaşlarının artırılması akademik göstəricilərdə yüksəlişə səbəb olmayacaq. Ümumiyyətlə, təhsildə sıçrayışlar olmur, asta irəliləyiş və vektor olur.
Bakı müəllimləri ilə vəziyyət barədə tədqiqat apardıq, sonra isə hesablamalar apardıq, müəllimlərin maaşı nə qədər artırılmalıdır ki, bu günün reallıqlarına və ölkədə orta əmək haqqına müvafiq olsun. Hesablamaları Maliyyə Nazirliyinə təqdim etmişik.
- Yəni bir tərəfdən müəllimlərin saatları müəyyənləşdiriləcək, digər tərəfdən isə maaşlar qaldırılacaq?
- Tamamilə doğrudur. Bu, iki amilin kombinəsi olacaq: dərs saatının optimallaşdırılması və iş saatının bazasının yüksəldilməsi. Dərs yükü – həftədə 12 saat.
- Akademik saat-dərslər var?
- Bəli.
- Mənə hər zaman maraqlı gəlib: əgər mən uşaqdan dərs soruşuramsa, işləyirəm deməkdir, əgər müəllimlər otağında oturub yoxlama yazıları yoxlayıramsa işləmirəm deməkdir?
- Gözəl sualdır! İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı ölkələrinin əksəriyyətində müəllimin saatları sinifdaxili və sinifxarici saatlara bölünür. Və bu sinifdənxaric saatlara yoxlama yazıların yoxlanılması, valideynlərlə görüşlər və s. daxildir. Bizim qanunvericilikdə bu sərhəd yoxdur. Amma hesab edək ki, akademik-saat tam saat deyil. Və hər saatdan qalan 15 dəqiqə toplanaraq 3 saat olaraq sinifdənxaric işlərə sərf edilə bilər. Lakin istənilən halda heç bir ölkədə dərs yükü bu qədər az – 12 saat deyil.
Sizə bir şey deyim. Hamı müəllim və təhsil səviyyəsi arasında əlaqəni axtarır. Eyni zamanda sosial səviyyə və təhsil səviyyəsi arasında səbəb-nəticə əlaqəsi də mövcuddur, bu isə müəllimin səviyyəsindən asılı deyil.
Sosial-iqtisadi vəziyyətin köklü şəkildə fərqli olduğu kənddə bir məktəb götürək və ora ən yaxşı müəllimi verək.
Bu, o deməkdir ki, akademik göstəricilər bu kənddə dəyişəcək? Beynəlxalq təcrübə göstərir ki, yox. Empirika göstərir ki, akademik göstəricilərə sosial mühit daha çox təsir göstərir.
Çünki hər şey dəyərlər şkalasından, şagirdin ailəsində, qohumlarında, həyətdə, sosiumda təhsilə münasibətdən başlayır.
Güclü müəllimin olma amili, sosial kontektsiz mümkün deyil. Ona görə də bizim işimiz yalnız təhsil sisteminin optimallaşdırılmasından asılı deyil, eləcə də müəyyən halda dəyərlər şkalasının optimallaşdırılması, təkmilləşdirilməsindən asılıdır.
- Təbii ki, həm şagirdin valideynləri, eləcə də onun özü də təhsilin vacib olduğunu anlamalıdırlar. Bəs əslində vəziyyət necədir?
- Biz sosial sorğu keçirdik və onu hər il keçirəcəyik. Biz: “Sizin fikrinizcə həyatda uğur təhsil ilə nə dərəcədə əlaqəlidir?”. İndi rəqəmləri misal gətirməyəcəm, amma deməliyəm ki, cavablar bizi narahat etdi.
Digər statistika. 87% ABŞ ailələri məktəbəqədər yaşda olan uşaqlarına kitab oxuyurlar. 37% valideyn bunu hər gün edir. Amma bizim ölkədə statistika: 34% ailənin uşaq kitabları ümumiyyətlə, yoxdur!
Avropa İttifaqı ölkələrində 90% uşaq məktəbəqədər təhsil ilə əhatə edilib. Bizim statistikaya görə ölkəmiz üzrə 16,5%. Bu baxımdan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın məktəbəqədər təhsilin kütləvi şəkildə genişləndirilməsi təşəbbüsünü böyük addım hesab edirəm.
- Daha çox uşaq bağçası?
- Bəli. Kommunikasiya, sosial bacarıqların təməli orada qoyulur. Bizim uşaq bağçaya gələndə o artıq digər uşaqlardan geri qalır. Məsələn, hollandiyalı uşaqdan. Holland məktəbə uşaq bağçasından gəlir, o artıq sosiumun nə olduğunu bilir, onun inkişaf üçün oyunları olub. Bizim məktəblinin ilk 2-3 ayı sosiuma alışmağa, kollektivdə olma bacarığına, intizama sərf edilir. Bizə lazımsız görünən bu amillər sonradan akademik göstəricilərdə təzahür edir.
Yaranan təcrübəyə görə bizdə məktəbəqədər və ibtidai siniflərdə dərs deyən müəllimlər universitetə daxil olan zaman ən aşağı bal toplayanlardır. Amma bir valideyn kimi deyə bilərəm ki, məktəbə qədər uşağın tədrisi çox mürəkkəb və ən yüksək peşəkarlıq tələb edən prosesdir. Təhsil sisteminin bütün problemləri ilə yanaşı, uşaqların təhsil və akademik uğurları üçün valideyn və cəmiyyətin ümumilikdə məsuliyyətini diqqətdən kənar qoymaq düzgün deyil. Biz vətəndaşlar təhsil sisteminin daha effektiv işləməsini tələb edə bilərik, amma biz öz məsuliyyətimizi də anlamalıyıq.
- Yazda müəllimin etik məcəlləsi qəbul edilib. Bu nə üçün lazım idi?
- Müəllimlik sadəcə peşə deyil, bu sadəcə mənə məsələn, riyaziyyat öyrədə biləcək adam deyil. Müəllim mənim üçün missiyadır. Bu bizim uşaqları həyata hazırlayan adamdır. Və müəllimlərin etik məcəlləsinin olmaması daha çox sual doğurmalı idi, nəinki olması. Bunu idealizm, romantizm adlandırmaq olar, amma müəllimə onun cəmiyyətdə rolunu xatırlatmaqda heç bir alt sətir yoxdur.
- Bəli, düşünürəm ki, bu əsas tərəflərdən biridir. Amma bu “tərəflər” həddən artıq çoxdur...
- Biz informasiya dövründə, fast-fud konsepsiyasının dominant olduğu bir zamanda yaşayırıq, hamı “burada və indi” istəyir. Bir elementi seçir və ondan nəticə gözləyirlər. Amma bizim islahatlar proqramı birtərəfli deyil. Bu sadəcə müəllim məcəlləsinin tətbiqi, tədris ilinin uzadılması, 12 illik tədris sisteminə keçid, müəllimin dərs saatının və maaşının artırılması və “gəlin bu fənn üzrə dərsliklər daha da yaxşı olsun” deyil. Bu bütün bunlar və bir çox digər olanlar bir aradadır! Hər hansı bir qərarın bütün dərdlərə çarə kimi göstərilməsi səhvdir! Problem bir ola bilər, amma bəzən onun həlli üçün on sahədə on addım tələb oluna bilər.
Təhsil səviyyəsi problemini götürək. Son illərdə Azərbaycanda 2700 məktəb tikilib və təmir edilib. Bunsuz XXI əsr standartlarına cavab verən tədris prosesini nizamlamaq olmaz. Bu, tədris keyfiyyətini yaxşılaşdırmaq üçün kifayət edəcəkmi? Xeyr. Çünki təmir edilmiş sinfə daxil olan eyni müəllimdir. Deməli, eyni zamanda pedaqoqun da səviyyəsini yüksəltmək lazımdır! Bəs, ixtisasartırma kurslarını bitirmiş, yüksək maaşlı müəllim yaxşı təchiz edilmiş sinifdə yeni dərsliklərsiz işləyə bilərmi? Xeyr, təbii ki... və s. və i.a.
- Biz təhsilin müddətinin uzadılması mövzusuna yaxınlaşdıq.
- Bəli. Məni məntiqi uyğunsuzluq təəccübləndirir. Bir tərəfdən insanlar məktəbdə tədrisin 12 il olmasından narazılıq edir, digər tərəfdən isə məktəbi bitirdikdən sonra Ali məktəblərdə, kollec və peşə məktəblərində təhsillərini davam etdirirlər... və çox zaman öz pullarına. Amma dövlət onlara bir ildə artıq ödənişsiz təhsil təklif etdikdə, onlar... Məndən səbəbini soruşmayın.
- Əslində, mən qarşı deyiləm. Bu, dünya təcrübəsidir.
- Bəli, biz qlobal iqtisadiyyatda yaşayırıq. Şirkətlər rəqabət apardığı kimi ölkələr də rəqabət aparır. Ölkələr çox zaman insan resursları sahəsində rəqabət aparır. Məni başa salın ki, Azərbaycan gənci 11 illik təhsil ilə 14 illik universitetə qədər təhsili olan gənc hollandiyalı ilə necə rəqabət aparacaq? Həm də bizim tədris ili holland tədris ilindən qısadır. Biz uşaqlarımızdan çox şey tələb etmirik ki?
- Tədris ili də uzadılacaq?
- Bizdə tədrisin müddəti 32 həftədir. Bu, çox qısa zamandır. İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (İƏİT) ölkələrində standart 38 həftədir, bəzi ölkələrdə isə tədris 41 həftə davam edir. Axı məlumdur ki, əgər vaxt uzadılsa uşaq lazımi materialı daha yaxşı mənimsəyəcək, nəinki qısa zaman ərzində. Tədris ilinin 34 həftəyə qədər artırılması dərs saatlarında da öz əksini tapacaq, onların günü qısalacaq.
Həm də istənilən müəllim təsdiqləyə bilər ki, uşaq tətildən sonra qayıtdıqda onlar may ayında öyrəndiklərini bərpa etməyə çalışırlar.
İxtisaslaşma haqqında da demək lazımdır. Dünya getdikcə mürəkkəbləşir, burada daha çox informasiya yığılır. Məsələn, məktəb məzunu yaxşı ali məktəbə daxil olur – Azərbaycan və ya Britaniyada vacib deyil, burada bir yerə yüz humanitar fənn üzrə imtahan verən var, və əgər o son illərini məhz humanitar fənlər üzrə hazırlığa həsr etmiş uşaqlardan fərqli olaraq humanitar və texniki fənlər arasında bölübsə onun bu universitetə daxil olmağa şansı azdır. Beləliklə, 12 illik sistemə keçid bu ixtisaslaşmanın tətbiqini nəzərdə tutur. Mən bir daha təkrar edirəm: təhsildə sıçrayış olmur...
Vyaçeslav Sapunov
sapunov.livejournal.com
www.oxu.az