Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Təyyarə qəzasında həlak olan Ramin Ağayev Sumqayıtda dəfn edilib
"Azərbaycan Hava Yolları" QSC-yə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1996-cı il təvəllüdlü Ramin Ağayevlə Sumqayıt şəhərində keçirilən vida mərasimi başa çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, onun nəşi Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbə qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində R.Ağayevin doğmaları, rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin əməkdaşları ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1996-cı il təvəllüdlü Ramin Ağayevin nəşi Sumqayıt şəhərinə gətirilib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, qəzada həlak olan R.Ağayevin nəşi ailəsinə təhvil verilib.
Hazırda onunla vida mərasimi keçirilir.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Hökumə Əliyevanın adını daşıyan zirehli tibbi maşın sülhməramlı fəaliyyət zonasına göndəriləcək
- Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək
- Aktaudakı təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verilib
- Rusiya şirkəti AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişini edib
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib