Tovuzda yağan yağışlar nəticəsində qaya parçaları avtomobil yoluna tökülüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz-Böyük Qışlaq avtomobil yolunun Qoşa kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Nəticədə nəqliyyatın hərəkətində fasilə yaranıb.
Müvafiq qurumların əməkdaşları yolu iri daşlardan təmizləyiblər və hərəkət bərpa olunub.
A.M.