Arzusu var idi. 4 ay sonra yaşadığı evin həyətində özünə toy edəcəkdi. Amma törətdiyi cinayət onun bu arzusunu ürəyində qoydu.
- Peşmansan?
- Səncə peşman olmaram toyum olacaq.
- Nə vaxtı?
- Oktyabrda.
- Neçəsi?
-24-ü.
- Yazılmışdın restorana?
- Yox həyətdə olacaq.
Oxu.Az xezerxeber.com-a istinadən bildirir ki, 4 ay sonra özünə toy edəcəkdi, amma törətdiyi əməl buna mane oldu.
29 yaşlı Bakı sakini Yusif Səfərovu Xəzər polisi yaşadığı Binə qəsəbəsində həyətdə çətənə kolu əkib-becərməkdə şübhəli bilərək saxlayıb. Polis onun mənzilinə baxış keçirərkən oradan yarım kiloqram qurudulmuş marixuana aşkar edərək götürüb. İki ildir ki, narkomaniya xəstəliyinə düçar olan Yusif Səfərov barəsində Xəzər polisində narkotik maddələrin əkib-becərilməsi, saxlanılması və qəbulu maddəsi ilə cinayət işi başlanıb.